Korsetin Faydası və Ziyanı Varmı?
Korsetin faydası və ziyanı, onu necə istifadə edəcəyindən aslı olaraq dəyişə bilir. Düzgün növ seçilib, düzgün istifadə edildikdə korset həkimlər tərəfindən tövsiyə olunan faydalı tibbi vasitədir. Lakin düzgün seçilməyən və vaxt aşırı istifadə olun korsetlər, bədənə mənfi təsirlərə gətirib çıxarda bilir.

Korset sözünü eşidəndə insanların ağlına gələn ilk şey çox vaxt “qarın yığan korset” olur. Halbuki müasir tibb korseti tamamilə fərqli baxımdan dəyərləndirir. Düzgün seçilmiş korset doğuşdan sonrakı bərpa prosesini sürətləndirir, əməliyyatlar sonrası ağrını azaldır, bel ağrılarını yüngülləşdirir və duruşu tarazlayır. Gəlin əvvəlcə korsetin nə olduğuna nəzər yetirək:
Korset Nədir?
Korset gövdəni dəstəkləmək, müəyyən nahiyələri sıxmaq və əzələləri qorumaq üçün geyilən geyimdir. Tarixən moda elementi kimi tanınsa da, bu gün korsetlərin böyük əksəriyyəti tibbi və müalicəvi məqsədlərlə istehsal olunur.
Bu məqalədə sizə moda yönümlü və şəkilləndirici korsetlərdən danışacağıq. Bədən şəkilləndirici korsetlər funksiyasına görə çoxsaylı kateqoriyalara bölünür. Hər birinin öz təyinatı, geyilmə müddəti və faydası var. Vacib olan, sizə uyğun olan növü doğru seçməkdir.
Korsetin Əsas Faydaları
Travmatoloq-ortoped Müseyib Əhmədovun da bildirdiyi kimi, korsetlər müalicə üçün olduqca əlverişli və faydalı vasitədir. Konkret faydaları sıralayaq:
1. Bel və Onurğa Dəstəyi
Bel ağrıları, osteoxondroz, fəqərə yırtığı və radikulit zamanı korset bel nahiyəsinə düşən yükü azaldır. Bu sayədə əzələ gərginliyi yumşalır, ağrı sönür və zədələnmiş nahiyə bərpa olunmaq üçün şərait əldə edir.
2. Doğuşdan Sonrakı Bərpanı Sürətləndirir
Yeni ana olmuş qadınlarda qarın əzələləri doğuş zamanı genişlənir və zəifləyir. Postnatal korset qarnın yığılması, dərinin sallanmaması və belin əvvəlki formasına qayıtması üçün dəstək rolunu oynayır. Bu, həm normal doğuş, həm də qeysəriyyə əməliyyatından sonra fayda verir.
3. Cərrahi Əməliyyatdan Sonrakı Qoruyucu Funksiya
Qarın boşluğu, bel və onurğa əməliyyatlarından sonra geyilən postoperativ korset tikiş nahiyəsini xarici zərbələrdən qoruyur, hərəkəti rahatlaşdırır və bərpa prosesini sürətləndirir. Həkimlər bu korsetlərin müəyyən bir müddətə geyilməsini müntəzəm tövsiyə edir.
4. Duruşu Düzəldir və Əyilməni Qarşısını Alır
Stolüstü iş, telefon və kompüter qarşısında uzun saatlar oturmaq müasir insanın duruşunu pozur. Duruş düzəldən korsetlər çiyinləri arxaya çəkərək onurğanı təbii vəziyyətdə saxlamağa kömək edir. Yorğunluq və bel ağrıları zamanla azalır.
5. Bel Xəttini Forma Verir
Toy, ziyafət və xüsusi tədbirlərdə geyilən korsetlər bel xəttini görkəmli edir, geyimi daha gözəl oturdur və qadına özünə inam hissi qazandırır. Burada əsas məqam korsetin yalnız tədbir müddətində geyilməsi və sıxlığın həddi aşmamasıdır.
6. İdmançılar üçün Bel Qoruması
Ağır çəki qaldıran və ya yüksək yüklü idmanla məşğul olan insanlar üçün bel kəməri “qrija” adlanan fəqərə yırtığının yaranma riskini azaldır.
Korset Növləri və Hansı Hal üçün Uyğundur?
İndi isə Corsetim çeşidində olan əsas korset kateqoriyalarına və hansı problem üçün hansının uyğun olduğuna baxaq.
Lateks Korsetlər (Doğuşdan Sonra)
Kimə uyğundur: Yeni ana olmuş qadınlara
Faydası: Qarın əzələlərinin bərpasına kömək edir, dərinin sallanmasının qarşısını alır, belin əvvəlki formasını qayıtmasını sürətləndirir, doğuşdan sonra meydana çıxan bel ağrılarını azaldır.
Nə vaxt geyilməyə başlamaq olar: Normal doğuşda təxminən 1-2 həftə sonra, qeysəriyyə əməliyyatından sonra isə tikişlər götürüldükdən 1 ay sonra. Mütləq həkim icazəsi ilə.
Sümüklü Korsetlər (Əməliyyat Sonrası)
Kimə uyğundur: Qarın boşluğu, bel, onurğa və ya digər nahiyələrdə əməliyyat keçirmiş xəstələrə
Faydası: Bədənə daha bərk təyziq göstərir, hərəkət zamanı ağrını azaldır, qarın daxili təzyiqini balanslı saxlayır, sağalma prosesini sürətləndirir.
Vacib qeyd: Bu kateqoriyada korsetin ölçüsü və materialı kritik əhəmiyyət daşıyır. Səhv ölçü tikişə təzyiq edərək açılma riski yarada bilər. Buna görə həkim göstərişinə əsasən seçim etmək vacibdir.
Mədə, Bel və Qarın Yığıcı Korsetlər (Gözəllik Üçün)
Kimə uyğundur: Qarın nahiyəsində sallaqlıq olan, doğuşdan sonra qarın formasını bərpa etmək istəyən, gündəlik geyim altında daha hamar siluet axtaran insanlara
Faydası: Qarın nahiyəsini hamarlayır, geyimin oturuşunu yaxşılaşdırır, duruşu da bir qədər düzəldir.
Nə qədər geyilməli: Gündə 2-4-6 saat həddində. Çox uzun müddət geyildikdə əzələləri zəiflədə bilər.
Ortopedik Korsetlər
Kimə uyğundur: Bel ağrıları, duruş problemləri, osteoxondroz, radikulit və digər bel-onurğa problemləri olan insanlara
Faydası: Bel əzələlərinə dəstək olur, ağrını azaldır, gündəlik fəaliyyəti rahatlaşdırır, fəqərə yırtığı riskini azaldır.
Korset Düzgün Geyilmədikdə Nə Olur?
Korsetin faydalı olması üçün bir şərt var: doğru növ, doğru ölçü, doğru müddət. Bu üç qaydanı pozanda fayda yerini ziyana verə bilər. Etibar üçün açıq danışaq.
Çox sıx geyildikdə diafraqma sıxılır və tam nəfəs almaq çətinləşir. Tibb elmləri namizədi Sergey Solodnikovun qeyd etdiyi kimi, bu vəziyyət oksigen çatışmazlığına və başgicəllənməyə səbəb ola bilər.
Gündə 6 saatdan çox geyildikdə bel əzələləri “tənbəlləşir”, yəni öz işini korsetə həvalə edir. Korseti çıxardığınız anda bel əvvəlkindən daha zəif olur.
Səhv ölçü seçildikdə qan dövranı pozulur, dəridə qıcıqlanma yaranır və orqanlar lazımsız təzyiqə məruz qalır.
Məhz buna görə Corsetim olaraq biz hər müştəriyə fərdi ölçü məsləhəti təklif edirik. Yanlış seçim heç birimizin faydasına deyil.
Düzgün Korset Geyimi üçün 7 Qızıl Qayda
- Doğru növü seçin. Postnatal problemi olan insan ortopedik korset axtarmamalı, idmançı isə qarın yığıcı korset almamalıdır. Hər korsetin öz təyinatı var.
- Ölçünü dəqiq götürün. Çox sıx korset zərərlidir, çox boş korset isə effektsizdir. Bel və qarın həcmini ölçərək alın.
- Geyim müddətinə əməl edin. Tibbi korset həkimin təyin etdiyi qədər, gündəlik korset 2-4 saat, ziyafət korseti isə yalnız tədbir müddətində geyilməlidir.
- Yatarkən mütləq çıxarın. Yuxu zamanı bədən tam rahatlamalıdır.
- Yemək yeyərkən boşaldın. Mədənin sıxılması həzm problemlərinə səbəb olur.
- İlk istifadədə tədricən alışdırın. 15-30 dəqiqədən başlayıb müddəti artırın. Bədənin reaksiyasını izləyin.
- Bədəninizin siqnallarını dinləyin. Baş gicəllənmə, nəfəs darlığı və ya kəskin ağrı hiss edirsinizsə, korseti çıxarın və bir həkiminizlə məsləhətləşin.
Korsetin Arıqlamağa Faydası Varmı?
Qısa cavab: Yox, korset yağ yandırmır və birbaşa arıqlatmır. Lakin korsetin çəki idarəetmə prosesində dolayı rolu var. Bu məsələni doğru başa düşmək vacibdir, çünki yanlış gözlənti ya məyusluğa, ya da sağlamlıq problemlərinə yol açır. Korsetin arıqlamağa köməyi mövzusunu burdan daxil olaraq ətraflı oxuya bilərsiniz..
Tez-tez Verilən Suallar
Doğuşdan sonra korset nə vaxt geyilə bilər?
Normal doğuşda 1-2 həftə, qeysəriyyədən sonra isə tikiş götürüldükdən və tam sağaldıqdan sonra geyilə bilər. Mütləq həkim və ya mütəxəssis məsləhəti alın.
Gündə neçə saat korset taxmaq olar?
Növündən asılıdır. Tibbi və postoperativ korsetlər həkim göstərişinə uyğun, gündəlik və estetik korsetlər 2-4 saat, ziyafət korsetləri isə yalnız tədbir müddətində geyilməlidir.
18 yaşına çatmamış korset geyə bilərəmmi?
Yalnız ortoped-travmatoloqun göstərişi ilə. Sümüklərin böyümə dövründə özbaşına istifadə tövsiyə olunmur.
Hamiləlik dövründə korset geyilə bilərmi?
Adi korsetlər yox. Yalnız hamilələr üçün xüsusi hazırlanmış dəstək kəmərləri və yalnız həkim icazəsi ilə geyilə bilər.
Bel ağrım var, hansı korseti almalıyam?
Bel ağrısının səbəbi vacibdir. Adi yorğunluq və duruş problemi üçün ortopedik bel korseti uyğundur. Lakin əgər ağrı uzun müddətdir davam edirsə və ya kəskindirsə, əvvəlcə ortoped-travmatoloqa müraciət edin.
Hansı Korseti Almalıyam?
Korset seçimi sadəcə “bəyəndim, aldım” prosesi deyil. Doğru seçim üçün bu 3 sual sizə yol göstərə bilər:
Birinci sual: Niyə korset axtarırsınız? Doğuş sonrası bərpa, əməliyyat sonrası dəstək, gündəlik forma, yoxsa xüsusi tədbir üçün? Hər biri üçün ayrı kateqoriya var.
İkinci sual: Nə qədər müddət geymək niyyətindəsiniz? Qısa müddətli tədbir üçün daha sıx bel korseti, uzun saatlar geyiləcəksə daha yumşaq və elastik material seçilməlidir.
Üçüncü sual: Sağlamlıq durumunuz necədir? Hamiləlik, ürək-damar problemləri, tənəffüs xəstəlikləri varsa, mütləq həkim məsləhəti alın.
Müəllif haqqında
Bu məqalə Corsetim Redaksiya Komandası tərəfindən hazırlanıb. Komandamız 4 ildən artıq müddətdir korset satışı ilə məşğuldur; məqalə üzərində işləyərkən həm həkim tövsiyələri, həm də şəxsi təcrübələrimiz nəzərə alınmışdır.
Bu məqalə əvvəlcə 16 Sentyabr 2025-ci ildə yayımlanmış, son dəfə 21 May 2026-cı ildə yenilənmişdir!
E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr * ilə işarələnib