5.000+XOŞBƏX MÜŞTƏRİ | METROLARA ÖDƏNİŞSİZ ÇATDIRILMA 

Qaydalar və Şərtlər

Son yenilənmə tarixi: [07.06.2026]

Xoş gəlmisiniz Corsetim.az online mağazasına!

Saytımızdan istifadə etməklə və sifariş verərək aşağıda qeyd olunmuş qayda və şərtləri qəbul etmiş olursunuz. Bu qaydalar saytımız üzərindən təqdim olunan məhsul və xidmətlərin istifadəsini, sifariş prosesini və müştəri hüquq və vəzifələrini tənzimləyir.


 

1. Ümumi Şərtlər

  • corsetim.az, Qadın korse və iç geyim tayt məhsullarının satışı üzrə ixtisaslaşmış onlayn ticarət platformasıdır.

  • Bütün müştərilər sifariş verməzdən öncə bu qaydalarla tanış olmalı və onları qəbul etməlidirlər.


 

2. Məhsul Məlumatı

  • Saytda təqdim olunan bütün məhsulların şəkilləri və təsvirləri real məhsulları əks etdirir.

  • Məhsul rəngləri, bədən ölçüləri və digər xüsusiyyətlər müxtəlif ekran ayarlarına görə cüzi fərqlilik göstərə bilər.


 

3. Ödəniş və Çatdırılma

  • Ödənişlər onlayn şəkildə və ya kuryer vasitəsilə nağd şəkildə həyata keçirilə bilər.

  • Çatdırılma müddəti adətən [3-5 iş günü] arasında dəyişir və bu müddət bölgədən asılı olaraq fərqlənə bilər.


 

4. Qaytarılma və Dəyişdirmə Şərtləri

Gigiyenik səbəblərə görə, aşağıda göstərilən məhsullar üçün qaytarılma və dəyişdirmə qəbul olunmur:

  • İç geyim korset məhsulları

  • Bədənə birbaşa geyilən və cinsiyyət orqanı ilə təmasda olan məhsullar

 

Bu məhsulların yenidən satışının gigiyenik baxımdan mümkün olmaması səbəbilə, istifadə olunmamış və ya paketindən çıxarılmamış olsa belə, geri qaytarılması və ya dəyişdirilməsi həyata keçirilmir.

Digər məhsullar üçün qaytarılma şərtləri:

 

  • Qaytarılma yalnız məhsulun qüsurlu və ya yanlış göndərilməsi halında mümkündür.

  • Müştəri məhsulu təhvil aldıqdan sonra 24 saat ərzində bizimlə əlaqə saxlamalı və problemi bildirməlidir.

  • Məhsul orijinal vəziyyətdə, etiketi çıxarılmamış və istifadə olunmamış halda olmalıdır.


 

5. Məsuliyyətin Məhdudlaşdırılması

  • corsetim.az saytında yer alan məlumatların düzgünlüyünü təmin etməyə çalışır, lakin hər hansı texniki səbəbdən yaranan səhvlər və ya yanlışlıqlar üçün məsuliyyət daşımır.

  • Saytda yer alan məlumatlar xəbərdarlıq etmədən dəyişdirilə bilər.


 

6. Şəxsi Məlumatların Qorunması

  • Müştərilər tərəfindən təqdim edilən şəxsi məlumatlar məxfi saxlanılır və üçüncü şəxslərlə paylaşılmır.

  • Saytımız “Şəxsi Məlumatların Qorunması haqqında” qanuna uyğun fəaliyyət göstərir.


 

7. Əlaqə

Əgər bu qaydalarla bağlı sual və ya əlavə məlumat almaq istəyirsinizsə, bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

📞 Telefon: (+994)51 426 87 33
📧 E-poçt: corsetim.az@gmail.com

 

Yuxarı qayıt
Compare (0)