5.000+XOŞBƏX MÜŞTƏRİ | METROLARA ÖDƏNİŞSİZ ÇATDIRILMA 

Yenilənmə tarixi: 07.06 Aprel 2026

corsetim.az olaraq, ziyarətçilərimizin məxfiliyini qorumağa və onların şəxsi məlumatlarını təhlükəsiz şəkildə emal etməyə böyük önəm veririk. Bu Gizlilik Politikası, saytımızdan istifadə etdiyiniz zaman toplanan məlumatların necə istifadə olunduğunu və qorunduğunu izah edir.


 

1. Topladığımız Məlumatlar

Saytımıza daxil olduğunuz zaman aşağıdakı məlumatlar toplanıla bilər:

  • Ad və soyad (əgər qeydiyyat və ya əlaqə forması doldurulubsa)

  • Telefon nömrəsi və e-poçt ünvanı

  • Sifariş və ödəniş məlumatları

  • Sayt istifadəsi ilə bağlı analitik məlumatlar (Google Analytics və ya digər xidmətlər vasitəsilə)


 

2. Məlumatların İstifadəsi

Topladığımız məlumatlardan aşağıdakı məqsədlərlə istifadə edirik:

  • Sifarişlərinizi yerinə yetirmək və sizə çatdırmaq

  • Müştəri dəstəyi göstərmək

  • Xəbərləri, kampaniyaları və yenilikləri bildirmək (əgər razılıq vermisinizsə)

  • Saytın fəaliyyətini və xidmət keyfiyyətini yaxşılaşdırmaq


 

3. Məlumatların Üçüncü Tərəflərlə Paylaşılması

Şəxsi məlumatlarınız üçüncü şəxslərlə razılığınız olmadan paylaşılmır, istisna hallarda isə:

  • Hüquqi öhdəliklər (məhkəmə və ya dövlət qurumu tələbi ilə)

  • Ödəniş təminatçıları (məsələn, onlayn ödəniş zamanı bank və ya ödəniş sistemləri)


 

4. Məlumatların Təhlükəsizliyi

Məlumatlarınızın təhlükəsizliyi üçün texniki və inzibati tədbirlər görürük. Saytımızda SSL (güvənli bağlantı) sertifikatı mövcuddur və məlumatlar şifrələnmiş şəkildə ötürülür.


 

5. Çərəzlər (Cookies)

corsetim.az saytında istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün çərəzlərdən istifadə olunur. İstəsəniz, brauzerinizin ayarlarından çərəzləri silə və ya deaktiv edə bilərsiniz.


 

6. İstifadəçi Hüquqları

Siz aşağıdakı hüquqlara maliksiniz:

  • Haqqınızda saxlanılan məlumatlara baxmaq

  • Məlumatların düzəldilməsini və ya silinməsini tələb etmək

  • E-poçt və SMS vasitəsilə göndərilən bildirişlərdən imtina etmək


 

Əlaqə

Əgər bu qaydalarla bağlı sual və ya əlavə məlumat almaq istəyirsinizsə, bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

📞 Telefon: (+994)51 426 87 33
📧 E-poçt: corsetim.az@gmail.com

 

Yuxarı qayıt
Compare (0)