Hamiləlik Sonrası Korset Seçimi | İstifadə Qaydaları

Hamiləlik sonrası korset seçimi, hansı doğum növünü seçdiyinizdən aslı olaraq dəyişir. Keysəriyyə sonrası adətən yumşaq korsetlər, normal doğum sonrası nisbətən bərk və sümüklü korsetlər istifadə edilir. Doğumdan dərhal sonra, xəstəxanada verilən bandaj modellərini tam rahat istifadə edə bilərsiniz.

Doğum Sonrası Korset Niyə Lazımdır?

Doğum sonrası korset – hamiləlik dövründə genişlənmiş qarın əzələləri və dəri toxumasına xarici dəstək verən, bel və qarın nahiyəsini hədəfləyən funksional geyimdir. Klassik bədən şəkilləndirici geyimlərdən fərqi məqsədindədir: vizual effekt deyil, bərpa.

Sadə dillə desək funksiyası, əzələ sıxlığının bərpası, şişkinliklərin azaldılması və duruşun düzəlməsinə kömək etməkdir. Korsetin faydaları haqqında daha detallı bilmək üçün, bu məqaləni oxuya bilərsiniz

Doğum Sonrası Hansı Korseti Alım?

Keysəriyyə və ya vaginal doğum sonrası korsetin növü dəyişir demişdik. Əvvəlcə korsetlərin 3 əsas kateqoriyası ilə tanış olaq və hansı korset modelinin, hansı doğum sonrası istifadə edilməli olduğuna nəzər yetirək:

  1. Lateks korsetlər – Bərk yığıcılığa malikdirlər
  2. Parça korsetlər – Yumşaq və daha rahatdırlar
  3. İçərsi Sümkülü korsetlər – Bədənə təyziqi dahada artırırlar

Hər biri fərqli mərhələ və məqsəd üçündür. Bir qadına eyni anda hamısı lazım deyil. Bəs hansı lazımdır?

Keysəriyyə Sonrası Korset Seçimi

Keysəriyyə sonrası korset seçiminə xüsusilə diqqətlə edilməlidir. Çünki cərrahi müdaxilədən sonra yaranan yaralar və ağrılar fərqli qayğı tələb edir. Yara tam sağalana həkim məsləhəti ilə irəlləmək lazımdır. 

Əməliyyatdan sonrakı ilk həftələrdə yara yerini qoruyan, təzyiqi azaldan və narahatlıq yaratmayan yüngül parça korsetlərdən istifadə edilməlidir.

Əgər qeysəriyyə əməliyyatından bir müddət keçibsə və ya yara tam sağalıbsa, lateks və ya sümüklü korsetlərin istifadəsi daha effektivdir..

Təbii Doğum Sonrası Korset Seçimi

Təbii doğum sonrası yaranan şişkinlik və bel ağrıları üçün korsetlərdən istifadə etmək həm sağlamlıq, həm də rahatlıq baxımından faydalıdır. Şişkinlik dəri altı və ya qarın boşluğunda olduğundan, təbii doğum sonrası xanımlara qarnını yığmaq üçün lateks korsetlər daha məsləhətlidir..

Həkim məsləhəti ilə seçim: İlk həftələrdə yüngül modellərdən başlana bilər. Lakin, daha sonra lateks və ya sümüklü korsetlərdən istifadə etmək məsləhət görülür. Bu, qarın nahiyəsindəki şişkinlikləri azaltmaq və onurğa dəstəyini gücləndirmək üçün effektivdir.

Hamiləlik Sonrası Korset Neçə Saat istifadə Edilməlidir?

Hamiləlik sonrası adətən qarın həssas olur, onu birdən-birə yüksək təyziqə məruz qoymaq yaxşı nəticə vermiyəcəkdir. İlk günlər əgər xəstəxadan sizə korset veriblərsə, həkiminizlə istifadə vaxtını dəqiqləşdirin.

Yox artıq uzun müddət keçibsə və yara tam sağalıbsa, gündəlik istifadə müddətini sizə qeyd edirik:

  • İlk həftələr: 1–2 saat, gündüz vaxtı.
  • 1-12 ay: 2-4-6 saat, fasilələrlə.
  • 1 il üzəri: 4-6 saat-a qədər, lakin dieata və yüngül idman hərəkətləri bədəninizə qalıcı təsir üçün mütləqdir.

Gecə geyinməyin: bədən yatdığı zaman bərpa olur və qan dövranın sərbəst axıcılığı vacibdir.

Tez-tez Verilən Suallar

Hamısı yox,  20-25 manatlıq korsetlərin material sıxlığı az ola bilir. Tibbi məqsəd üçün keyfiyyətli və tanınmış brendlərdən korset seçimi edin.

Hamiləlikdən dərhal sonra şişnliklərin müəyyən qədər çəkilməsini gözləyin. 1-2 həftə sonra çəkinizə uyğun ölçü seçim edə bilərsiniz. Məsləhətlidir ki, qarşısı ilməklə bağlanan və balacalaşa bilən modellər seçim edin.

 

Bəli, xüsusilə sümüklü və beli tam əhatə edən modellər onurğa sütunu dəstəkləyir .

Birbaşa yox. Korset, qarın divarını dəstəkləyərək silüetin daha yığcam görünməsinə kömək edir, lakin yağ yandırmır. Çəki itkisi qida, hərəkət və idman tələb edir. Korsetlər bu prosesi dəstəkləməyə kömək edir

Bəli, lakin sinəyə təzyiq olmamalıdır. Yüngül sinə sıxıcılığınaa malik modelləri seçin. Çox sıx korsetlər süd kanallarını sıxma riski yarada bilər.

Müəllif haqqında

Bu məqalə Corsetim komandasının daxili korset üzrə redaksiya komandası tərəfindən hazırlanıb. Komandamız 4 ildən artıq müddətdir korset satışı ilə məşğuldur; məqalə üzərində işləyərkən həm istehsalçı tövsiyələri, həm də öz təcrübəmiz nəzərə alınmışdır.


Məqalə əvvəlcə 16 sentyabr 2025-cü ildə yayımlanmış, son dəfə 21 May 2026-cı ildə yenilənmişdir.

Rəy əlavə edin

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr * ilə işarələnib